Kamçatka sahillərində zəlzələ baş verib

78

Seysmoloqlar Komandir adalarında Berinq adası yaxınlığında 6,1 bal gücündə zəlzələ qeydə alıblar.
Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
“Zəlzələnin maqnitudası 6,1 baldır”, – məlumatda deyilir.
Seysmik hadisənin episentri Nikolskoye kəndindən 40 km aralıda Sakit okeanda olub.
Yeraltı təkanların hiss olunma qabiliyyəti ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Nuranə Məmmədova