Kambocada H5N1 adlanan quş qripi səbəbiylə 11 yaşlı bir qız müalicə olunduğu xəstəxanada ölüb.
Elchi.az xəbər verir ki, Kamboca Səhiyyə Nazirliyi, pray Veng şəhərindəki bir kənddə yaşayan bir uşağın, müdaxiləyə baxmayaraq, öskürək, boğaz ağrısı və 39 dərəcəyə qədər qızdırma şikayətləri ilə 16 fevralda paytaxt Phnom Penh Xəstəxanasına aparıldığını bildirilib.
Qeyd olunur ki, bu hal 2014-cü ildən bəri Kambocada qeydə alınan ilk quş qripi hadisəsidir.
Nazirlik, ölən qızın yaşadığı ərazidəki vəhşi quşlardan nümunələr götürüldüyünü və ölü və ya xəstə quşlara toxunmamaq üçün xəbərdarlıq edildiyini də bildirdi.
Kamboca səhiyyə naziri Mam Bunheng, quş qripinin quş yumurtalarını yığan uşaqlar üçün yüksək risk yaratdığını söyləyib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2003-2014-cü illərdə Kambocada 56 quş qripi hadisəsi qeydə alınıb, onlardan 37-si ölümcül olub.
Şayəstə