Kahl: Rusiyannın zəifləməsinə dair heç bir əlamət yoxdur

525

Rusiya hələ də uzunmüddətli mübarizə apara bilər.
Elchi.az xəbər verir ki , hazırda rus ordusunun zəifləməsi ilə bağlı heç bir əlamət yoxdur, bu sözləri Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kahl “Die Welt”ə müsahibəsində deyib.
“Rusiya hələ də uzunmüddətli perspektivdə döyüşmək iqtidarındadır, qoşunlarını hərbi personal, silah və sursatla doldura bilir”, – Kahl deyib.
O, həmçinin vurğulayıb ki, Rusiyanın hərbi cəhətdən zəif olması, hətta Moskvanın yaxın gələcəkdə fəaliyyətini dayandıra biləcəyi barədə fərziyyələr aparmağa belə əsas yoxdur.

Şayəstə Hüseynova