"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Kəlbəcərli girovların xilas yolları…

09 Yanvar 2015 - 15:42
in XƏBƏR LENTİ
FacebookVatsap

img1712736Beynəlxalq təşkilatlar susqun mövqe nümayiş etdirirlər; Hüquqşünas hesab edir ki, girovları azad etmək üçün Azərbaycanın heç bir səlahiyyəti yoxdur

Bunu da oxuyun

Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb

Bakıda yolun hərəkət hissəsindən keçməyə çalışan piyadanı minik avtomobili vurub

Müzəffər Baxış: “Məsələni tənzimləmək mümkündür…”
 
Hikmət Hacıyev: “XİN-in bununla bağlı açıqlaması var”
Ermənilər tərəfindən ötən ilin iyulunda Kəlbəcərdə girov götürülən azərbaycanlılar – Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində beynəlxalq təşkilatlar susqun mövqe nümayiş etdirirlər.  Bununla bağlı artıq Azərbaycan hakimiyyəti öz narazılığı dilə gətirməkdədir.
Prezident İlham Əliyevin tapşırığı ilə 7 beynəlxalq təşkilata girovlarla bağlı məktub göndərilib. Bu barədə mətbuata açıqlamasında hökumət adından bu işləri həyata keçirən baş nazirin müavini Əli Həsənov məlumat verib. Onun sözlərinə görə, artıq müraciətlərin yeddisinə də cavab gəlib. Ə.Həsənov bəzilərinin məsələyə formal yanaşdığını desə də, bəzilərinin obyektiv yanaşdığını, hətta üzr istədiyini deyib.
Ə.Həsənov Ramil Səfərovu ölkəyə gətirən prezidentin girovları da, öz torpağımızda azad edəcəyinə əmin olduğunu da qeyd edib.
Qeyd edək ki, kəlbəcərli girovların ekstradisiya məsələsi də göndəmə gəlib. Əli Həsənov bu məsələyə də toxunub: “Hüquqi baxımdan bütün addımlar atılacaq. Hətta indi mən tapşırıq vermişəm ekstradisiya məsələsini də götür-qoy edirik. Nə üçün onlar orda qalmalıdır?”.
Tanınmış hüquqşünas Müzəffər Baxış Avropa Şurasının bununla bağlı konvensiyasının olduğunu bildirdi: “Ümumiyyətlə, Avropa Şurası üzvləri ilə bağlı belə bir konvensiya var. Ermənistan da bu konvensiya qoşulub. Amma Ermənistana münasibətdə Azərbaycanın şərti var. Burada başqa bir məsələ var. Mahiyyət bundan ibarətdir ki, girovlardan biri (Dilqəm Əsgərov) Rusiya vətəndaşıdır. Rusiya ilə Ermənistan arasında bu girovun cəzasını Rusiyada çəkmək üçün anlaşma əldə oluna bilər və heç bir problem yaşanmaz. Amma Azərbaycanla bağlı problem ortaya çıxa bilər. Hər bir halda mənə elə gəlir ki, tərəflərin razılığı ilə bu məsələni tənzimləmək mümkündür. Hətta konvensiyaya qoşulan vaxtı Azərbaycanın Ermənistan və Dağlıq Qarabağla bağlı bir qayda olaraq qeydləri olur. Bu qeydlərə baxmayaraq, Ermənistan tərəfi razılıq versə, onları Azərbaycana ekstradisiya etmək mümkündür. Hər bir halda Ermənistan tərəfin razılığı lazımdır. Bunun üçün mənə elə gəlir ki, Ermənistan tərəfə beynəlxalq təşkilatların təzyiqi güclənməlidir. Onlar belə bir qərar qəbul etməyə meyilli olmalıdırlar. Beynəlxalq təşkilatların təzyiqi  olarsa, mənə gəlir ki, Ermənistan çəkinəcək”.
Hüquqşünas girovların azad edilməsi üçün Azərbaycan hakimiyyətinin hüquqi normada görə biləcəyi işlərdən də danışdı: “Hüquqi tərəfdən onlar Qondarma “Dağlıq Qarabağ” Respublikasında  mühakimə olunublar. Bu respublika dünya ölkələri tərəfindən tanınmır. Girovlarımızı “Dağlıq Qarabağ” qanunları ilə mühakimə ediblər. Ancaq beynəlxalq təşkilatların təzyiqi ilə mümkündür. Hüquqi cəhətdən bu qondarma respublikanın özünə heç bir təzyiq göstərmək mümkün deyil. Ermənilər “Dağlıq Qarabağ” Respublikası adı altında öz məkrli niyyətlərini gizlədirlər. Belə qondarma ad orta atıb bildirirlər ki, guya bu qanunlarla girovlarımız mühakimə olunublar. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, təzyiq olmadan mümkün deyil. “Dağlıq Qarabağ”ın özü beynəlxalq normalara uyğun deyil. Azərbaycan hökumətinin əlində həmin girovları azad etməklə bağlı hüquqi cəhətdən heç bir səlahiyyət yoxdur. Azərbaycanın kəşfiyyat imkanları hesabına yalnız onları oğurlayıb Azərbaycana gətirmək səlahiyyəti var”.
Kəlbəcərli girovların azad edilməsi üçün Xarici İşlər Nazirliyinin gördüyü işlərlə maraqlandıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bununla bağlı 29 dekabr tarixində mövqelərini bildirdiklərini söylədi: “ 29 dekabr tarixində XİN-nin bununla bağlı açıqlaması var. Orada tamamilə mövqeyimiz əks olunub. Oradakı tezislər qüvvəsində qalır”.
Qeyd edək ki, əslən Kəlbəcərdən olan Dilqəm Əsgərov, Şahbaz Quliyev ermənilərin işğalı altından olan kəndlərini və yaxınlarının məzarını ziyarət etmək üçün Kəlbəcərə gediblər. İyulun əvvəllərində onlar Kəlbəcərdə işğalçı erməni hərbçiləri tərəfindən girov götürülüb. Onlarla birlikdə Kəlbəcərə gedən Cəbrayıl rayon sakini Həsən Həsənov isə ermənilər tərəfindən qətlə yetirilib. Bir müddət sonra Həsən Həsənovun meyiti Azərbaycana təhvil verilib. Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində isə qondarma “Dağlıq Qarabağ” rejimi qanunsuz cinayət işi açıb. Qondarma rejimin “məhkəməsi” Dilqəm Əsgərov barəsində ömürlük azadlıqdan məhrum etmə, Şahbaz Quliyev barəsində isə 22 il azadlıqdan məhrumetmə “hökmü” çıxarıb.
Previous Post

Kəlbəcərli girovların xilas yolları…

Next Post

Nazirlikdən yarım milyonluq cərimə

Bənzər yazılar

Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

14 Noyabr 2026 - 17:02

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentina Respublikasının Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş...

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb

13 Noyabr 2026 - 22:34

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb. Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb. "Türkiyə Respublikası...

Bakıda yolun hərəkət hissəsindən keçməyə çalışan piyadanı minik avtomobili vurub

Bakıda yolun hərəkət hissəsindən keçməyə çalışan piyadanı minik avtomobili vurub

13 Noyabr 2026 - 21:31

Yeraltı piyada keçidi bir neçə metr yaxınlığında idi, lakin onun yalnış seçim etməsi faciə ilə nəticələnib. Daxili İşlər Nazirliyi Nəqliyyatı...

“Euronews”da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

“Euronews”da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

13 Noyabr 2026 - 21:27

Avropa İttifaqı (Aİ) ilə energetika əməkdaşlığının genişləndirilməsi, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq, Ukrayna ilə münasibətlər və Ermənistanla dialoqun davam etdirilməsi...

Next Post

Nazirlikdən yarım milyonluq cərimə

Nazirlikdən yarım milyonluq cərimə

Son xəbərlər

Ebolaya yoluxanların sayı 11 mini keçdi

Ebolaya yoluxanların sayı 11 mini keçdi

14 Noyabr 2026 - 18:09
KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

14 Noyabr 2026 - 18:05
İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

14 Noyabr 2026 - 17:13
Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

14 Noyabr 2026 - 17:02
Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

14 Noyabr 2026 - 15:40
Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb

Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb

14 Noyabr 2026 - 15:14
Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

14 Noyabr 2026 - 14:52
KİV: Tramp Putin və Si Cinpinlə görüşdə Ukrayna məsələsini müzakirə etmək istəmir

KİV: Tramp Putin və Si Cinpinlə görüşdə Ukrayna məsələsini müzakirə etmək istəmir

14 Noyabr 2026 - 13:50
Sözə sədaqətlə keçən ömür: Tapdıq Əlibəylinin 65 illik yubileyi qeyd olunub

Sözə sədaqətlə keçən ömür: Tapdıq Əlibəylinin 65 illik yubileyi qeyd olunub

14 Noyabr 2026 - 13:49
Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

14 Noyabr 2026 - 13:34
Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq

14 Noyabr 2026 - 13:14
Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

14 Noyabr 2026 - 13:00
Mark Karni: Kanada heç vaxt NATO-nun digər üzvlərini tək qoymayacaq

Mark Karni: Kanada heç vaxt NATO-nun digər üzvlərini tək qoymayacaq

14 Noyabr 2026 - 12:42
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir

14 Noyabr 2026 - 12:15
Hazırda 55-dək yeni peşə və kvalifikasiya standartı hazırlanır, 80-dən çox standart yenilənir

Hazırda 55-dək yeni peşə və kvalifikasiya standartı hazırlanır, 80-dən çox standart yenilənir

14 Noyabr 2026 - 11:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.