Kəsdiyi ağac başına düşdü, öldü

89
Felled, cut tree, with visible tree rings

Daşkəsəndə ağac kəsən kişi başına budaq düşməsi nəticəsində ölüb.

Elchi.az xəbər verir ki, hadisə mayın 16-da rayonun Astaf kəndi ərazisində qeydə alınıb.

Belə ki, Daşkəsən rayon sakini, 1993-cü il təvəllüdlü Səməd Kamandar oğlu Həsənov meşə massivində ağac kəsən zaman budaq qırılıb. Bu zaman budaq onun başına düşüb və S.Həsənov ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.