Kəlbəcərdə Türkiyə vətəndaşı faciəvi şəkildə öldü

Kəlbəcərdə yük maşını aşıb. Elchi.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qamışlı kəndi ərazisində qeydə alınıb. Belə ki, Türkiyə vətəndaşı 1989-cu il təvəllüdlü Uysal Əmrah hadisə yerində ölüb. Hadisə yerinə Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.