"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

«Jurnalist bir süzgəcdir, hamının dərdini özündən keçirir»

28 Aprel 2015 - 17:40
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

AEM: Ötən ay 19 aptekdə nöqsanlar aşkarlanıb

«Jurnalist bir süzgəcdir, hamının dərdini özündən keçirir»<br />
“Bizim Yol» qəzetinin baş redaktoru, tanınmış publisisit Bahəddin Həziyevin 50 yaşı tamam olur
Rafiq Əliyev: «Bizim cəmiyyətin belə ziyalılara çox böyük ehtiyacı var»
Bu gün Azərbaycan mətbuatının görkəmli simalarından biri, tanınmış publisist, «Bizim Yol» qəzetinin baş redaktoru Bahəddin Həziyevin 50 yaşı tamam olur. O, 1965-cil aprelin 28-də Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində anad olub. 1983-1990 Bakı Dövlət Universitetində təhsil alıb.  Əmək fəaliyyətinə 1989-cu ildə “Xazar” jurnalında ədəbi işçi olaraq başlayıb. 1990-1991 “Turan” agentliyində müxbir, 1991-1994 “Azadlıq” qəzetində müxbir, şöbə müdiri, redaktor müavini vəzifələrində çalışıb. 1999-cu ilin fevral ayında “Ekspress” qəzetində baş redaktorun birinci müavini təyin olunub. Bahəddin Həziyev, daha sonra 1998-1999 fevral “Avrasiya” qəzetində şərhçi,1994-1998 “Çağ” qəzetinin baş redaktoru,1996-2003 “Azadlıq” radiosunda şərhçi, 2005-ci ildən isə  “Bizim Yol” qəzetinin baş redaktorudur.
Baş redaktor 2010-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə «Əməkdar jurnalist» fəxri adına layiq görülüb.
Bahəddin Həziyevin 50 illik yubileyini elə «Bizim Yol» qəzeti vasitəsi ilə təbrik edən, Azərbaycanın görkəmli ziyalısı, akademik Rafiq Əliyev ürək sözlərini çatdırıb: «Bahəddin müəllim uzun ömür yolu keçib. Özü də bu ömür yolu çox mənalı olub. O, Azərbaycanın müstəqilliyi üçün canını qoyan, böyük əməyi olan bir insandır. Mən Bahəddin müəllimi ötən əsrin 80 illərin sonu 90-ci illərin əvvəlindən əsl kişi sifətli, gözəl bir insan kimi tanıyıram. Bahəddin Həziyev Azərbaycan mətbuatında göstərdi ki, necə tərəfsiz mətbu orqanı yaratmaq olar, müstəqilliyə necə xidmət etmək mümkündür.
Bahəddin müəllim kimi insanlara dünyalar qədər sayğım, hörmətin var. Bizim cəmiyyətin belə ziyalılara çox böyük ehtiyacı var. «Quranı-Kərim»ə istinadən bir söz demək istəyirəm: Tənbəllikdən-bu xasiyyət Bahəddin müəllimdə yoxdur; xəsislikdən- bu hal da onda mövcud deyil; huşsuz qəlbdən, yəni yaxşılığı itirməkdən- bu mənfi xüsusiyyətlərdən də uzaqdır: və halsız qocalıqdan, sənə tapınıram Allah! Ona halsız qocalıq arzulamıram. Allah Bahəddin müəllimə nə qədər ömür veribsə, çox hallı bir qocalıq arzulayıram».
“Azərbaycanda bolşevik hakimiyyətinin qurulduğu gündə doğulmuşam. Əslində siyasi gün deyərdim. Məlumdur ki, “28 Aprel” ADR-in devrilməsi günüdür. Amma bu günün mənim həyatıma heç bir təsiri olmayıb. Sadəcə yaz günü və bu fəsildə havanın yaxşı olması həmişə əhvalıma xoş təsir edib”.
 Bu sözləri APA.TV-nin efirində yayımlanan “İlqar Rəsul və…” verilişinin qonağı, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev deyib.
Baş redaktor çoxuşaqlı ailədə doğulmağından, erkən yaşlarında atasını itirməsindən danışıb: “Ailədə yeddi uşaq olmuşuq. Atam fəhlə idi. Babam müharibədə itkin düşəndən sonra atam təhsilini yarımçıq qoyub, bacı- qardaşlarına baxmaq üçün işləyib. Elə onun taleyini də biz yaşamışıq. Atamı on yaşımda itirmişəm. Ona görə uşaqlığımızı yaşaya bilməmişik. İşləməyə məcbur olmuşam. Çox az yatırdım. Üzüm sahələrində işləyirdim. Axşamlar çıraq işığında dərs oxuyurdum. Kəndimizdə bir təpə vardı. Həmişə mənə elə gəlirdi ki, o təpənin arxasında böyük şəhər var. Şəhəri televizorda görmüşdüm. Bir az böyüyəndə o təpənin başına çıxdım. Gördüm ki, o təpənin arxasında da bizim kənd kimi balaca kənd var. Sadəcə o zaman kənddən qaçmaq yox, üzərimə düşən yükün əziyyətindən azad olmaq istəyi vardı içimdə”.
Bahəddin Həziyev özü haqqında danışarkən daha çox barışdırıcı, sülh adamı olduğunu bildirib: «Bu mənə valideynimdən, xüsusən də atamdan gəlib. Əslində insan belə olmadı. Bəlkə də hərə bir az barışdırıcı olsa, hamı bir biri ilə barışar. Bir az da həyatla, Allahla, öz övladları ilə, öz problemləri ilə barışarlar insanlar. Elə adamlar tanıyırıq ki, öz yaxınlarına qarşı da aqressivdirlər. Aqressiya əslində acizlərin silahıdır. İnsan gərək hər şeyə bir az yuxarıdan baxmağı, barışdırıcı olmağı bacarsın. Məncə belə daha doğrudur…
Çox vaxt özümdən narazıyam. Düşünürəm ki, bu yaşa qədər yaşadım, daha nələrsə edə bilmədim. Bilmirəm nələr edə bilərdim. Amma düşünürəm ki, daha nələrsə də edə bilərdim. Ən azı kitab yazmaq olardı. Düzdü, jurnalistin vaxt qıtlığı da var. Amma bunu da bəhanə etməyi düzgün saymıram. Bizim peşəmiz vaxt, maliyyə dəyərləndirmə və sair məsələlərdə müəyyən məhrumiyyətlər də gətirir. Amma peşəmi çox sevirəm və narazılığım da yoxdur”.
Baş redaktor onu yoran insanlara münasibətindən də danışıb:
“Sözü dərk etməyən adama söz deməyin mənası yoxdu. Əslində biz insanları həyatımıza doldurmaqla səhvə yol veririk. Jurnalist əslində bir süzgəcdir. Hamının dərdini özündən keçirir. Bu səbəbdən bizim həyatımızda başqaları çox olur. Və onların heç də hamısı bizi dərk etmir. Amma buna görə onları qınamaq da düz deyil. Çünki bu peşəni özümüz seçmişik”.
 Jurnalist allaha inandığını və hər zaman ona sığındığını deyib: “Hər zaman Allaha sığınıram. Çətinliklər çox olur həyatımızda. Amma mən təkcə çətinlik olanda yox, hər zaman Allaha sığınıram”.
O, dost qazanmaq, onu qorumaq, qonşularla yaxşı münasibət qurmağın tərəfidir.
“İnsan öz ətrafında yaxşı mənəvi mühit yaratmalıdır. Belə olanda yaşamaq da asan olur. Aqressiv insanlar öz ətrafında aqressiv mühit yaradırlar. Sonra da öz həyatlarından narazılıq edirlər. Əslində isə bunun səbəbkarı özləridir”.
Bahəddin Həziyev bu dünyada zamanı az qalarsa, o zamandan kitab yazmaq üçün istifadə etmək istərdi – deyib.
“İndi heç kim heç kimin kitabını oxumur əslində. Amma yenə də yazardım. Kiməsə maraqlı olarsa, oxuyar. Olmasa da nə etməli. Mən kitabı öz yaşantılarımı ifadə etmək üçün yazardım yəni… Bu dünyaya niyə gəldiyimi bilmirəm. Bir də gözümü açdım ki, buradayam. Həyat mənə 50 yaşa qədər yaşamağı verdi ən azı. Övladlarımı, dostlarımı iş yoldaşlarımı, həmkarlarımı verdi. Onların hamısını salamlayıram. Bu 50 il ərzində başqa heç nə qazanmamışam. 50-dən sonradan bilmirəm nə gözləyirəm. Hər halda nə yaşasam qazancdır. Amma hesab edirəm ki, gedəcəyimiz yeri də unutmamalıyıq. Haradan gəldiyimizi unutmadığımız kimi, hara gedəcəyimizi də unutmamalıyıq yəni”.
Onu sevindirmək üçün məxsusi nələrsə düşünüb tapmağa ehtiyac yoxdur. Özü belə deyib. “Mən çox xırda şeylərə də sevinən insanam. Amma daha çox başqalarının uğuruna sevinirəm. Çox şey də kədərləndirir məni. Amma bu 50 yaş işığında danışdığımız üçün kədərli şeylərdən danışmaq istəməzdim. Bəzən insanlar çox danışanda, xüsusilə də yersiz danışan, özünü öyən insan olanda yorur məni. Bir dəfə biri o qədər danışdı ki, ayaqlarım ağrıdı. Amma sonadək oturub dinlədim onu. Dedim ehtiyacı var bəlkə, qoy danışsın. Amma zövq aldığım məqamlar da da az olmur. Xüsusilə də işin nəticəsini görəndə sevinirəm. Bir də təbii ki, ailədə yorğunluğum gedir”.
Dövrün hansı anına qayıtmaq istədiyini də deyib həmsöhbətimiz:
“Uşaqlıq və gənclik dövrümə qayıtmaq istərdim. Elə dövrə düşdülər ki, istədiyimiz kimi yaşamadıq. Amma bəlkə də yaşamaq elə o idi. Bəlkə də yaşadıq. Hər halda imkan olsaydı gənclik illərimə qayıtmaq olardı”.
Previous Post

«Jurnalist bir süzgəcdir, hamının dərdini özündən keçirir»

Next Post

Xədicə İsmayılın vəsatəti təmin edilmədi

Bənzər yazılar

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

03 Sentyabr 2026 - 21:12

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub. Bu barədə Elchi.az a Dövlət İmtahan Mərkəzindən məlumat verilib....

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

03 Sentyabr 2026 - 20:46

Mənzil-qərargahı Polşada yerləşən "Nexta" kanalı tərəfindən 2026-cı il sentyabr 2-də Azərbaycanın Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi...

AEM: Ötən ay 19 aptekdə nöqsanlar aşkarlanıb

AEM: Ötən ay 19 aptekdə nöqsanlar aşkarlanıb

03 Sentyabr 2026 - 19:55

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən avqust ayında 70 aptekdə yoxlama həyata keçirilib. Elchi.az xəbər verir ki, bu barədə...

Azərbaycanda 13 bazarın sanitar vəziyyəti qənaətbəxşdir – RƏSMİ

Azərbaycanda 13 bazarın sanitar vəziyyəti qənaətbəxşdir – RƏSMİ

03 Sentyabr 2026 - 18:14

Ölkə ərazisində fəaliyyət göstərən 79 ərzaq bazarından 13-də sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş, 42-də qeyri-qənaətbəxş, 24-də isə qismən qənaətbəxş olduğu...

Next Post

Xədicə İsmayılın vəsatəti təmin edilmədi

Xədicə İsmayılın vəsatəti təmin edilmədi

Son xəbərlər

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

03 Sentyabr 2026 - 21:12
Floridada təyyarə qəzasında 2 nəfər ölüb

Floridada təyyarə qəzasında 2 nəfər ölüb

03 Sentyabr 2026 - 20:59
Tramp Karninin siyasətini Kanada iqtisadiyyatı üçün mənfi hesab edir

Tramp Karninin siyasətini Kanada iqtisadiyyatı üçün mənfi hesab edir

03 Sentyabr 2026 - 20:49
MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

03 Sentyabr 2026 - 20:46
İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

03 Sentyabr 2026 - 20:01
Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisənin yaradılmasını razılaşdırıb

Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisənin yaradılmasını razılaşdırıb

03 Sentyabr 2026 - 19:59
“Formula 1″ə görə bəzi məktəblərdə tədris onlayn olacaq

“Formula 1″ə görə bəzi məktəblərdə tədris onlayn olacaq

03 Sentyabr 2026 - 19:57
AEM: Ötən ay 19 aptekdə nöqsanlar aşkarlanıb

AEM: Ötən ay 19 aptekdə nöqsanlar aşkarlanıb

03 Sentyabr 2026 - 19:55
Sabunçuda 2 nəfər neft kəmərindən oğurluğa cəhd edib, yanğın olub

Sabunçuda 2 nəfər neft kəmərindən oğurluğa cəhd edib, yanğın olub

03 Sentyabr 2026 - 19:54
Türkiyə XİN Kipr məsələsində Avropanı qərəzsiz olmağa çağırıb

Türkiyə XİN Kipr məsələsində Avropanı qərəzsiz olmağa çağırıb

03 Sentyabr 2026 - 19:51
Kadiyə 3 oyunluq cəza verilib

Kadiyə 3 oyunluq cəza verilib

03 Sentyabr 2026 - 19:25
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

I sinfə elektron qəbul başa çatıb

03 Sentyabr 2026 - 19:13
Sahibə Qafarova Cenevrədə diplomatik korpus təmsilçiləri ilə görüşdə çıxış edib

Sahibə Qafarova Cenevrədə diplomatik korpus təmsilçiləri ilə görüşdə çıxış edib

03 Sentyabr 2026 - 18:55
Sabunçuda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanıldı – VİDEO

Sabunçuda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanıldı – VİDEO

03 Sentyabr 2026 - 18:43
“Uber” və “Wayve” Londonda sürücüsüz robotaksilərin sınağına başlayır

“Uber” və “Wayve” Londonda sürücüsüz robotaksilərin sınağına başlayır

03 Sentyabr 2026 - 18:31
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.