Jurnalisitə görə 1,6 milyon dollar ödəndi

🗓 25.09.2014 04:37 ✍️ "Elçi" qəzeti

Piratlar onlar haqqında kitab yazmaq istəyəni girov saxlayıb img1641258

“Associated Press” (AP)  agentliyinin xəbərində deyilir ki, ikili vətəndaşlığı olan (Almaniya-ABŞ) jurnalist 1,6 milyon dollar müqabilində azad edilib. 45 yaşlı Mixail Skott Moore 2 il 8 ay Somalidə girovluqda qalıb.
Agentlik bildirir ki, bu məsələ ilə bağlı Almaniyanın Xarici İşlər Nazirliyi ABŞ-dakı həmkarları ilə jurnalist oğurlanan ilk gündən onun azadlığa qovuşduğu son günə kimi yaxından əməkdaşlıq edib.
Jurnalistə görə pulun Almaniya tərəfindən ödənildiyini ehtimal etmək olar. Çünki ABŞ bir qayda olaraq terrorçulara girovların qarşılığında pul ödəməkdən imtina edir və ustəlik, digər ölkələri də belə addımlardan çəkinməyə çağırır.
Jurnalistin Somali piratları tərəfindən girov saxlanıldığı bildirilir. Maraqlıdr ki, jurnalsit məhz piratlar haqqında kitab yazmaq üçün Somaliyə səfər edibmiş. Düşünmək olar ki, 2 il 8 aylıq təcrübədən sonra jurnalist dəniz quldurları haqqında gözəl bir kitab yaza biləcək.

Bənzər yazılar