“Türkiye-Azerbaycan Dernekleri Federasyonu” ndan (TADEF) aldığımız məlumata görə aprelin 22-də İzmit şəhərində Xocalı soyqırımının qurbanlarına həsr edilən abidənin açılış mərasimi olacaq. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin adına bağın açılış mərasimi təşkil ediləcək. TADEF-in təşkilatçılığı ilə Türkiyənin 3 ali təhsil ocağında qondarma erməni soyqırımı, habelə, Xocalı soyqırımı və Çanaqqala savaşının başlanmasının 100 illiyinə həsr edilən elmi-praktik konfranslar keçiriləcək. Anım mərasimlərində Türkiyənin tanınmış ziyalıları ilə yanaşı, Azərbaycanı təmsil edən nümayəndə heyəti də var. Dəvət olunanların siyahısında Azərbaycan Respublikası Prezidentinin Administrasiyası İctimai-siyasi Məsələlər şöbəsinin müdiri cənab Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri cənab Nazim İbrahimov, Milli Məclisin deputatı Qənirə xanım Paşayeva, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “Ana harayı”qəzetinin baş redaktoru, “Tərəqqi”medalının mükafatçısı, müharibə veteranı Şamil Sabiroğlu (Ələkbərli), Bu Təşkilatın Humanitar Məsələlər şöbəsinin müdiri Dilbər xanım Sultanova, “Qürur”Şəhid Ailələri Xeyriyyə ictimai birliyinin sədri, Şəhid Milli Qəhrəman Səfiyar Behbudovun bacısı Naibə xanım Behbudova, “Qarabağ Azadlıq Təşkilatı”nın sədri Akif Nağı da var.
Könül Zülfüqar,
“Ana harayı”