İzmirin Kemalpaşa rayonunda kimyəvi maddələrin saxlandığı anbarda baş verən yanğının söndürülməsi üçün işlər aparılır.
Elchi.az bu barədə “Anadolu Agentliyi”nə istinadən xəbər verir.
Sütçülər rayonunda boya istehsalında istifadə edilən kimyəvi materialların saxlandığı anbarda naməlum səbəbdən yanğın baş verib.
Alov sürətlə böyüyərkən əraziyə çoxlu sayda yanğınsöndürən və tibbi qruplar cəlb olunub.
Yanğın səbəbindən anbarda partlayışlar baş verib, ətrafdakı iş yerləri boşaldılıb.
Yanğınsöndürən qrupların yanğına müdaxiləsi davam edir.
Nuranə Məmmədova