"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İtalya qəzeti “Ermənistan-Azərbaycan Sülh Platforması”ndan yazdı

20 Yanvar 2017 - 22:22
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verilib – SƏRƏNCAM

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

Nüfuzlu

İtaliyanın nüfuzlu “Opinione” qəzetində “Ermənistan-Azərbaycan Sülh Platforması” haqqında məqalə dərc olunub.
Trend-in məlumatına görə, məqalədə qeyd olunur ki, Bakıda 2016-cı ilin noyabrında həm Azərbaycanın, həm də Ermənistanın hüquq müdafiəçilərinin iştirakı ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri. Ermənistan və Azərbaycandan baxış” adlı sülh konfransı təşkil olundu:
“Konfransın əsas məqsədi Azərbaycan və Ermənistan nümayəndələrini gərgin, amma konstruktiv dialoqun təşkil edilməsi üçün “dəyirmi masa” ətrafına toplamaqdan ibarət idi. Konfrans başlamazdan əvvəl erməni nümayəndələri 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı dinc sakinlərə qarşı törədilmiş Xocalı soyqırımına görə üzr istəmiş və Azərbaycanın paytaxtı Bakıda Xocalı soyqırımına həsr olunmuş abidəni ziyarət etmişlər. Konfransın nəticəsi kimi beynəlxalq hüququn norma və prinsiplərini və Helsinki Yekun Aktını rəhbər tutaraq “Ermənistan-Azərbaycan Sülh Platforma”sı yaradılmışdır.
Ermənistan tərəfindən Vahe Avetyan (hüquq müdafiəçisi), Vahan Martirosyan (“Milli Azadlıq Hərəkatı” ictimai təşkilatının sədri), Syuzan Caqinyan (“Meridian” hüquq-müdafiə təşkilatının sədr müavini, jurnalist), Azərbaycan tərəfdən isə Rövşən Rzayev (“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin Şura üzvü), Kamil Səlimov (Bakı Dövlət Universitetinin professoru) və Şəlalə Həsənovanın (“İctimaiyyətlə Əlaqələrin İnkişafına Dəstək” İctimai Birliyinin sədri) imzaladığı bəyanatda deyilir ki, Ermənistan hökuməti işğal faktını dayandırmalı, öz ordusunu geri çəkməli, məcburi köçkünlərin doğma yurd-yuvalarına layiqli və təhlükəsiz qayıtmaq hüququnu təmin etməli, habelə Birləşmiş Millətlər Təşkilatı, ATƏT və Avropa Şurasının qətnamələrinə əsaslanaraq Ermənistan və Azərbaycan arasında iqtisadi, siyasi əlaqələr bərpa edilməli və kommunikasıyalar açılmalıdır”.
Məqalədə deyilir ki, “Ermənistan-Azərbaycan Sülh Platforması” münaqişənin ölkələrin ərazi bütövlüyü prinsipi, yəni Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini nəzərdə tutur və bu Platformanın yaranmasının səbəbi 20 ildən də artıq vaxt keçməsinə baxmayaraq, Ermənistan hakimiyyətinin Azərbaycanın işğal olunmuş ərazilərində status-kvonun uzadılmasına cəhd etməsidir. Platforma hər iki ölkədən olan vətəndaş cəmiyyəti institutlarına, qeyri-hökumət təşkilatlarına, elm adamlarına, habelə Platformanın güclənilməsində maraqlı olan bütün ölkələrin vətəndaşlarına açıqdır:
“Ermənistandan bir sıra şəxslar dərhal Platformaya qoşulmuşlar. Platformaya imza atanlar arasında Ukraynada “Avromaydan” hərəkatında iştirakı ilə tanınan erməni aktivisti Aram Karapetyan, Ermənistan Yazıçılar İttifaqının üzvü yazıçı Vaaqn Karapetyan,
gənc siyasi aktivist Aram Virabyan, jurnalist Artyom Avakimov, vətəndaş cəmiyyəti və erməni diasporasının üzvü Anait Sinanyan, vətəndaş cəmiyyətinin üzvü Taçella Arzumanyan, aktivist və jurnalist Lusine Nersisyan və erməni iş adamı Erik Xaçaturov vardır. Erməni aktivistlərin çoxu bildirmişlər ki, “Sarkisyanın kriminal rejimi erməni xalqına Azərbaycanla münaqişəni həll etməyə imkan vermir”. Vahan Martirosyan emosional çıxışı zamanı “Qarabağa görə Ermənistanı itirə bilərik. Çoxlu gənc ölmüşdür və bütün bu cəsədlər Sarkisyanın vicdanındadır” deyə bildirmişdir. Eyni zamanda, diqqəti çəkən məqam Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1998-ci ildə söylədiyi fikrin yenidən dilə gətirilməsi olmuşdur: “Məlumdur ki, Azərbaycanla münaqişə həm Ermənistanda, həm də Qarabağda iqtisadi, sosial, demoqrafik və mənəvi-pxisoloji vəziyyəti pisləşdirib və münaqişənin mərhələli şəkildə, digər məsələlərlə yanaşı, Azərbaycan bölgələrinin işğaldan azad edilməsini nəzərdə tutan həlli yolu vacibdir”.
Məqalədə bildirilir ki, eyni zamanda, İtaliyadan da Platformaya dəstək verilib: “Uşaqları xilas etmək üçün bizə yardım edin” təşkilatı münaqişənin həlli üçün mövcud imkanların olduğunu bəyan edərək öz dəstəyini bildirmişdir. Platformaya ümidlər yüksəkdir və çoxları ümid edir ki, çoxsaylı ermənilərin Platformaya üzv olması qonşu Azərbaycanla sülhün əldə olunması üçün Ermənistan hakimiyyətini konstruktiv danışıqlara başlamağa inandıra bilər. Lakin Ermənistan hakimiyətinin erməni və azərbaycanlı intellektuallara qulaq asmaq istəyində olmaması aydın görünür. Platformaya üzv olan ermənilər ciddi təzyiqlərə məruz qalırlar.
Vahe Avetyan Azərbaycan KİV-lərinə müsahibəsi zamanı bir sıra ictimai hücumlara məruz qaldığını bildirmişdir, Aram Karapetyan, digərləri ilə yanaşı, sosial şəbəkələrdə ölüm təhdidləri almış, Lusine Nersisyan isə həbs edilmişdir. Keçən ilin 29 dekabr tarixində baş verənlər Ermənistan hakimiyyətinin hər hansı bir sülh təşəbbüsünə qarşı çıxmasından xəbər verir. Həmin gün Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərək təxribatçı addımlar atıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanov öldürülmüş və onun cəsədi Ermənistanın ərazisinə aparılmışdır. Ermənistan bütün beynəlxalq qaydalara baxmayaraq, hələ də azərbaycanlı hərbçinin cəsədini qaytarmayıb və sosial şəbəkələrdə cəsədin şəkillərini yaymışdır. Bu son hadisə 2016-cı ilin aprel ayında baş vermiş toqquşmalar vaxtı azərbaycanlı əsgərlərin cəsədlərinə qarşı törədilmiş saysız işgəncələr və onların şəkillərinin Ermənistan tərəfindən KİV-lərdə yerləşdirilməsi və ya bir neçə il əvvəl Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Mübariz İbrahimovun cəsədinin Ermənistan ordusu tərəfindən saxlanılması və yalnız cəsədin müxtəlif işgəncələrə məruz qalmasından sonra qaytarılması kimi hadisələrlə uzlaşır”.
Previous Post

İtalya qəzeti “Ermənistan-Azərbaycan Sülh Platforması”ndan yazdı

Next Post

Məxfi sənədlər: Beriya Göyçə gölü yaxınlığını niyə seçdi?

Bənzər yazılar

DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verilib – SƏRƏNCAM

DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verilib – SƏRƏNCAM

17 Avqust 2026 - 12:13

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə...

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

15 Avqust 2026 - 17:00

İtaliya A Seriyasında mübarizə aparan "Milan" portuqaliyalı ulduz Rafael Leaonun qiyməti ilə bağlı dəyişiklik edib. Elchi.az xarici KİV-ə istinadla xəbər...

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

15 Avqust 2026 - 14:10

Bəşəri şərin iki böyük bədii modeli - İnsan bəzən göylərdə şeytan axtarır, halbuki o, çox vaxt öz qəlbinin qapısını açanda...

Azərbaycanda yük və sərnişin daşınmaları artıb

Azərbaycanda yük və sərnişin daşınmaları artıb

14 Avqust 2026 - 15:52

2026-cı ilin yanvar-iyul aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsində 9 206,6 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü...

Next Post

Məxfi sənədlər: Beriya Göyçə gölü yaxınlığını niyə seçdi?

Məxfi sənədlər: Beriya Göyçə gölü yaxınlığını niyə seçdi?

Son xəbərlər

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev DSX-nin bir qrup hərbi qulluqçusunu təltif edib

17 Avqust 2026 - 12:24
DSX-nin şəhid hərbi qulluqçuları “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

DSX-nin şəhid hərbi qulluqçuları “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

17 Avqust 2026 - 12:20
DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verilib – SƏRƏNCAM

DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verilib – SƏRƏNCAM

17 Avqust 2026 - 12:13
FHN küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Son 6 ayda ölkə üzrə 46 partlayış baş verib

17 Avqust 2026 - 12:10
Yermakın Zelenskiyə təsiri hələ də davam edir

Yermakın Zelenskiyə təsiri hələ də davam edir

17 Avqust 2026 - 12:02
Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edilib

Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edilib

17 Avqust 2026 - 11:54
İndoneziyada 7,7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 53-ə çatıb

İndoneziyada 7,7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 53-ə çatıb

17 Avqust 2026 - 11:51
Azərbaycan lideri Ukraynanın sabiq Prezidenti ilə görüşüb

Azərbaycan lideri Ukraynanın sabiq Prezidenti ilə görüşüb

17 Avqust 2026 - 11:44
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Dövlət başçısı İndoneziya Prezidentini təbrik edib

17 Avqust 2026 - 11:21
Konqoda Ebola epidemiyası rekord həddə çatdı

Konqoda Ebola epidemiyası rekord həddə çatdı

17 Avqust 2026 - 11:14
İlin ikinci Ay tutulması olacaq, Azərbaycanda 32 dəqiqə müşahidə ediləcək

İlin ikinci Ay tutulması olacaq, Azərbaycanda 32 dəqiqə müşahidə ediləcək

17 Avqust 2026 - 11:06
Ukraynadan Rusiyaya raket hücumu: Ağır itkilər qeydə alınıb

Ukraynadan Rusiyaya raket hücumu: Ağır itkilər qeydə alınıb

17 Avqust 2026 - 10:53
Tramp İran müharibəsi ilə bağlı Şimali Koreyaya jest etdi

Tramp İran müharibəsi ilə bağlı Şimali Koreyaya jest etdi

17 Avqust 2026 - 10:42
Meşə yanğınları üç ölkənin ümumi sahəsini əhatə edir

Meşə yanğınları üç ölkənin ümumi sahəsini əhatə edir

17 Avqust 2026 - 10:34
ADY sərnişin daşınmasını 18% artırdı

Gələn aydan Bakı-Qəbələ-Bakı qatarlarının hərəkət qrafiki dəyişəcək

17 Avqust 2026 - 10:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.