İtaliyanın dövlət enerji şirkəti olan “Eni” bu gün Aralıq dənizinin şərq hissəsində Misirin dəniz yatağında qaz aşkarladığını açıqlayıb.
Elchi.az bu barədə Reuters xəbər agentliyinə istinadən xəbər verir.
“Eni” Ukrayna ətrafındakı vəziyyətə görə, 2025-ci ilə qədər Rusiyadan qaz idxalını tamamilə əvəz etməyi hədəflədiyi üçün yeni qaz mənbələri axtarır.
Qrupun bəyanatında deyilir ki, yeni kəşf “Nargis-1” kəşfiyyat quyusunda yerləşir və “Eni”-nin mövcud obyektlərinə yaxınlıqdan istifadə etməklə inkişaf etdirilə bilər.
“Nargis-1” kəşfiyyat quyusu Misirin 1800 kvadrat kilometrlik Nargis dəniz sahəsinin konsessiyasının bir hissəsidir. Bu quyu 45% paya sahib olan Chevron tərəfindən idarə olunur.
Yeganə