"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

İtaliyada parlament seçkilərində səsvermə başladı

25 Sentyabr 2022 - 10:58
in DÜNYA
FacebookVatsap

Bu gün İtaliyada növbədənkənar ümumi seçkilər keçiriləcək.
Elchi.az xəbər verir ki, builki seçkilərdə ölkə tarixində 19-cu qanunverici orqana – parlamentin yuxarı palatası olan Senata 200 senator, aşağı palata – Nümayəndələr Palatasına isə 400 deputat seçiləcək.
Səsvermə yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 09:00) başlayıb və 23:00-dək davam edəcək. Seçkilərdə 50,8 milyondan çox italiyalı səsvermə hüququna malikdir.
Qanunvericiliyə əsasən, seçkilərə 15 gün qalmış ölkədə heç bir rəy sorğusu dərc olunmur. Sentyabrın 10-da açıqlanan rəy sorğularına əsasən, Giorgia Meloninin rəhbərlik etdiyi ifrat sağçı “İtaliya Qardaşları” Partiyası birinci, Enriko Lettanın rəhbərlik etdiyi mərkəz sol alyans – “Demokrat Partiya” isə ikinci yerdədir. Baş nazir postu uğrunda yarışda G.Meloni qarşısında E.Lettanın şansı daha az görünür.
Sonrakı yerlərdə “Liqa” Partiyasının lideri Matteo Salvini, “Beş Ulduz Hərəkatı”nın (M5S) lideri Cüzeppe Konte, İtaliyanın sabiq Baş naziri və “İrəli İtaliya” Partiyasının rəhbəri Silvio Berluskoni qərarlaşıb.
Rəy sorğularına görə, Giorgia Meloninin rəhbərlik etdiyi ifrat sağçı “İtaliya Qardaşları” Partiyası, Matteo Salvininin rəhbəri olduğu “Liqa” Partiyası, Silvio Berluskoninin rəhbərlik etdiyi “İrəli İtaliya” Partiyası və bəzi kiçik partiyalardan ibarət sağ mərkəzçi alyans hökumət qurmaq üçün çoxluğu qazanacaq.
G.Meloni seçki kampaniyası dövründə bildirib ki, ölkədə ən mühüm problem əhalinin sayının azalması və ailələrin daha az uşaqlı olmasıdır. O, bəyan edib ki, hakimiyyətə gəlsələr ailə məsələləri onlar üçün prioritet olacaq. 45 yaşlı Meloni seçkilərdə qalib gələcəyi təqdirdə ölkədə ilk qadın Baş nazir olmaqla yanaşı, 2008-ci ildən bəri seçki ilə vəzifəyə gələn ilk Baş nazir olacaq. Həmçinin o seçkidən qalib çıxsa, sağçılar 2008-ci ildən bəri ilk dəfə ittifaqla hakimiyyətə gələcəklər.
Enriko Letta isə 2013-cü ilin aprelindən 2014-cü ilin fevralınadək Baş nazir vəzifəsində çalışıb. Belə ki, 2013-cü ilin fevralında İtaliyada keçirilən ümumi seçkilərdən sonra həftələrlə hökumət qurula bilməyib, o vaxtı Prezident Giorgio Napolitano E.Lettaya ölkədə barışıq hökuməti qurmağı tapşırıb. E.Letta seçki kampaniyası zamanı iş və iş həyatının prioritet olduğunu bildirib, bu sahədə vergiləri azaldacağı ilə bağlı söz verib.
Qeyd edək ki, bu, İtaliya tarixində keçiriləcək 9-cu növbədənkənar seçkilərdir. Ölkədə son 10 ildə vəzifədə olan altı Baş nazir seçkilərdə qələbə qazanaraq deyil, Prezident tərəfindən təyin edilib.
Xatırladaq ki, İtaliyanın Baş naziri Mario Draqi iyulun 21-də istefa ərizəsini Prezident Sercio Mattarellaya təqdim edib. Sercio Mattarella isə 2023-cü ilin ilk aylarında planlaşdırılan ümumi seçkilərin cari il sentyabrın 25-də keçirilməsinə qərar verib.
Mario Draqinin rəhbərlik etdiyi geniş iştiraklı koalisiya hökuməti COVID-19 pandemiyasının yaratdığı sağlamlıq və iqtisadi böhran şəraitində milli birlik hökuməti olaraq 2021-ci il fevralın 13-də qurulub. Bu hökuməti İtaliya parlamentində təmsil olunan 10 siyasi partiya dəstəkləyib.

Bunu da oxuyun

Polşa Rusiya helikopterinin ölkənin hava məkanını pozduğunu bildirib

Livan Prezidenti neftin Suriya və Livan üzərindən nəqlini təklif edib

“İranın bombardman edilməsi ölkədə rejim dəyişikliyinə səbəb olmayacaq” – Makron

Previous Post

İtaliyada parlament seçkilərində səsvermə başladı

Next Post

Volodindən səfərbərliklə bağlı açıqlama: “Buna mütləq cavab verəcəyik”

Bənzər yazılar

Polşa Rusiya helikopterinin ölkənin hava məkanını pozduğunu bildirib

Polşa Rusiya helikopterinin ölkənin hava məkanını pozduğunu bildirib

23 Sentyabr 2026 - 17:35

Sentyabrın 23-də Polşa Rusiya Hərbi Hava Qüvvələrinə məxsus "Mi-8" helikopteri tərəfindən ölkənin hava məkanının pozulması faktını qeydə alıb. Elchi.az xəbər...

Livan Prezidenti neftin Suriya və Livan üzərindən nəqlini təklif edib

Livan Prezidenti neftin Suriya və Livan üzərindən nəqlini təklif edib

23 Sentyabr 2026 - 16:33

Livan Prezidenti Cozef Aun hesab edir ki, Hörmüz boğazındakı böhran şəraitində İraqdan və Fars körfəzindən dünya bazarlarına təcili neft tədarükü...

“İranın bombardman edilməsi ölkədə rejim dəyişikliyinə səbəb olmayacaq” – Makron

“İranın bombardman edilməsi ölkədə rejim dəyişikliyinə səbəb olmayacaq” – Makron

23 Sentyabr 2026 - 16:00

Fransa Prezidenti Emmanuel Makron İranın bombardman edilməsinin ölkədə rejim dəyişikliyinə səbəb olmayacağı fikrini ifadə edib. Elchi.az xəbər verir ki, Makron...

Rutte: “Müttəfiqlər müdafiə məsələsində ABŞ-a ciddi şəkildə bel bağlayıblar”

Rutte: “Müttəfiqlər müdafiə məsələsində ABŞ-a ciddi şəkildə bel bağlayıblar”

23 Sentyabr 2026 - 15:00

"ABŞ-ın müttəfiqləri müdafiə məsələsində Vaşinqtona həddindən artıq bel bağlayıb və öz təhlükəsizliklərinə kifayət qədər sərmayə qoymayıblar, lakin vəziyyət dəyişib". Elchi.az...

Next Post
Volodindən səfərbərliklə bağlı açıqlama: “Buna mütləq cavab verəcəyik”

Volodindən səfərbərliklə bağlı açıqlama: "Buna mütləq cavab verəcəyik"

Volodindən səfərbərliklə bağlı açıqlama: “Buna mütləq cavab verəcəyik”

Volodindən səfərbərliklə bağlı açıqlama: "Buna mütləq cavab verəcəyik"

Son xəbərlər

Polşa Rusiya helikopterinin ölkənin hava məkanını pozduğunu bildirib

Polşa Rusiya helikopterinin ölkənin hava məkanını pozduğunu bildirib

23 Sentyabr 2026 - 17:35
“Araz-Naxçıvan”da ukraynalı baş məşqçi

“Araz-Naxçıvan”da ukraynalı baş məşqçi

23 Sentyabr 2026 - 17:24
Bakıda evdən 33 min manat oğurlanıb

Bakıda evdən 33 min manat oğurlanıb

23 Sentyabr 2026 - 17:12
Dağ-mədən və metallurgiyada  böyük inkişaf hədəfləri

Dağ-mədən və metallurgiyada böyük inkişaf hədəfləri

23 Sentyabr 2026 - 17:06
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər

23 Sentyabr 2026 - 17:04
“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

23 Sentyabr 2026 - 17:03
Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib

23 Sentyabr 2026 - 16:55
Meşə yanğınları İndoneziyada kütləvi xəstəliyə səbəb olub

Meşə yanğınları İndoneziyada kütləvi xəstəliyə səbəb olub

23 Sentyabr 2026 - 16:48
Əfv sərəncamı ilə azadlığa çıxan Türkiyə vətəndaşları Prezidentə təşəkkür ediblər

Əfv sərəncamı ilə azadlığa çıxan Türkiyə vətəndaşları Prezidentə təşəkkür ediblər

23 Sentyabr 2026 - 16:41
Livan Prezidenti neftin Suriya və Livan üzərindən nəqlini təklif edib

Livan Prezidenti neftin Suriya və Livan üzərindən nəqlini təklif edib

23 Sentyabr 2026 - 16:33
Su polisi brakonyerlik edən şəxsi saxlayıb

Su polisi brakonyerlik edən şəxsi saxlayıb

23 Sentyabr 2026 - 16:25
Bakıda 31 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

Bakıda 31 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

23 Sentyabr 2026 - 16:14
Hərbiləşdirilmiş Mühafizə İdarəsi AZCON-un idarəetməsinə verilib

Hərbiləşdirilmiş Mühafizə İdarəsi AZCON-un idarəetməsinə verilib

23 Sentyabr 2026 - 16:06
“İranın bombardman edilməsi ölkədə rejim dəyişikliyinə səbəb olmayacaq” – Makron

“İranın bombardman edilməsi ölkədə rejim dəyişikliyinə səbəb olmayacaq” – Makron

23 Sentyabr 2026 - 16:00
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? – RƏSMİ CAVAB

Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? – RƏSMİ CAVAB

23 Sentyabr 2026 - 15:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.