İtaliya prezidenti Sercio Mattarella mayın 13-də Romada ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşəcək. Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
Qeyd olunur ki, dövlət başçılarının danışıqları prezident Kvirinal sarayında keçiriləcək. Onların vaxtı açıqlanmayıb. Bundan əvvəl Zelenskinin Roma Papası Fransisklə görüşünün ola biləcəyi də bildirilirdi.
Mayın 8-də İtaliyanın Kiyevdəki səfirliyinin Ukrayna ərazisində olan vətəndaşlarına ölkəni dərhal tərk etmələri ilə bağlı müraciət etdiyi bildirilib. Həmçinin İtaliya vətəndaşlarına Ukraynaya səfərdən çəkinməyə çağırılıb, çünki ölkəyə raket hücumları davam edir.
Havar Şəfiyeva