İtaliyada ən azı 15 min doza koronavirus peyvəndi məhv ediləcək.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu barədə “Repubblika” qəzeti yazır.
Qeyd olunur ki, həmin peyvəndlər son istifadə müddəti olan dərmanlardır.
Payızda əczaçılıq şirkətləri dərmanların yeni variasiyalarını buraxmağa söz veriblər. Avropa Dərman Agentliyi istehsalçılardan koronavirusun yeni suşlarının və alt növlərinin yaranması ilə əlaqədar vaksinləri yeniləməyi xahiş edib.
İtaliya monovalent peyvəndlər tələb edir. Eyni zamanda, jurnalistlər qeyd edirlər ki, ölkədə koronavirusa qarşı peyvəndlər populyar deyil.
Yeganə