ABŞ prezidenti Co Bayden bildirib ki, Ağ Evin və ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçılarının əldə etdiyi fundamental razılaşmalar ölkədə fəlakətli defolt və tənəzzülün qarşısını alıb.
Elchi.az TASS.ru-ya istinadən xəbər verir ki, bu barədə Baydenin yaydığı yazılı bəyanatda deyilir.
“Mən Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə bu gecə (şənbə) büdcə ilə bağlı prinsipial razılığa gəldik. Bu, hər iki tərəf üçün kompromisdir. Və bu saziş Amerika xalqı üçün yaxşı xəbərdir, çünki o, fəlakətli defoltun qarşısını alır və iqtisadi tənəzzülə, pensiya hesablarının boşalmasına və milyonlarla iş yerinin itirilməsinə gətirib çıxarır”.
Baydenin sözlərinə görə, sazişlər işləyən insanlar üçün kritik proqramları qoruyarkən və hamı üçün iqtisadi artımı təmin etməklə yanaşı, xərcləri azaldan mühüm addımdır. Bundan əlavə, ABŞ prezidenti bildirib ki, müqavilə Konqresdəki Demokratlar və Bayden administrasiyasının əsas qanunvericilik prioritetlərini və nailiyyətlərini qoruyur.
Yeganə