İsveçrə ordusu Ukraynada mülki şəxslərə mina və digər növ partlayıcıların təmizlənməsi üzrə təlimlər keçəcək.
Elchi.az xəbər verir ki, bu barədə İsveçrə hökuməti məlumat yayıb.
Bildirilir ki, NATO Sülh Tərəfdaşlığı çərçivəsində İsveçrə hərbçiləri Cenevrə Beynəlxalq Minalardan Təmizləmə Mərkəzi (GICD) ilə birlikdə minalardan təmizləmə üzrə beynəlxalq təlim təşkil edəcək.
“Bu yardımla Ukraynada minatəmizləmə əməliyyatları daha təhlükəsiz, daha effektiv və səmərəli şəkildə həyata keçiriləcək”, – məlumatda deyilir.
Ukrayna hökumətinin mayın 13-də verdiyi məlumata görə, Rusiya ilə müharibə başlayandan Ukrayna təhlükəsizlik qüvvələri ölkə daxilində ən azı 80 min mina və partlayıcı aşkar edərək məhv edib.