İsveçrənin xarici işlər naziri Kassis deyib ki, Rusiya aktivlərinin müsadirəsi Ümumdünya İnsan Hüquqları Bəyannaməsi nəzərə alınmaqla aparılmalıdır.
Elchi.az xəbər verir ki, bu barədə İsveçrə Federal Xarici İşlər Departamentinin rəhbəri İqnazio Kassis Ukraynanın bərpası üçün Rusiyanın dondurulmuş aktivlərinə həbs qoyulmasını istisna etməyib. O, bu barədə İsveçrə Radio və Televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiyanın dondurulmuş aktivlərini “tamamilə istisna etmək olmaz, bu, mühüm maliyyə mənbəyidir. Təcavüzkar vurduğu ziyanı aradan qaldırmalıdır, bu prinsip qüvvədə qalır. Amma siz qanuni çərçivədə hərəkət etməlisiniz. Hazırda İsveçrədə dondurulmuş vəsaitlərin müsadirəsi üçün qanunvericilik bazası yoxdur”, – deyə siyasətçi bildirib.
Diplomat qeyd edib ki, bu məsələ demək olar ki, bütün Avropa ölkələrində və digər dövlətlərdə gündəmə gətirilir. Lakin o, əmindir ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi işığında belə bir qərar verilməlidir.
“Unutmayaq ki, sahiblik insan hüququdur”, – Kassis əlavə edib.
Siyasətçi onu da bildirib ki, bu mövzu hazırda BMT-də müzakirə olunur. İsveçrə Aİ və G7 ölkələri ilə aktivlərin istifadəsi üzrə əlaqələri saxlayır.
Şayəstə