İsveçin NATO müdafiə blokuna rəsmi daxil olması mərasimi böyük ehtimalla təxirə salınacaq və gələn həftəyə qədər baş tutmayacaq. Elchi.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
“Mərasim ən azı gələn həftəyə qədər təxirə salınacaq”, – bəyanatda deyilir. Agentlik mənbələri qeyd edirlər ki, bu, Macarıstanın yeni prezidenti Tamaş Szujokun vəzifəyə başlaması ilə bağlıdır.
Qeyd edək ki, bundan əvvəl Macarıstan parlamenti İsveçin NATO-ya daxil olmasını təsdiqləyib.
Havar Şəfiyeva