İsveçin baş naziri Maqdalena Andersson, Finlandiyanın baş naziri Sanna Marin və Norveçin baş naziri Jonas Qahr Store İsveçin Södertalye şəhərində görüşüblər.
Cari məsələləri müzakirə edən liderlər görüşdən sonra keçirilən mətbuat konfransında çıxış ediblər.
Andersson Türkiyə və İsveç arasında NATO danışıqlarına toxunub.
“Finlandiya ilə birlikdə hərəkət edirik. Problem həll olunana qədər Türkiyə ilə dialoqun davam etməsini səbirsizliklə gözləyirəm”,- deyə isveçli nazir bildirib.
Marin həmçinin iki həftə sonra Madriddə keçiriləcək NATO zirvəsinə qədər həllə nail olunmasının vacib olduğunu vurğulayıb.
iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi
Consumer Intelligence Research Partners analitik şirkəti 2024-cü ilin birinci rübündə - yanvarın 1-dən martın 31-dək iPhone satışlarına yekun vurub. Siyahıya...





















Son şərhlər