İsveç hökuməti 2026-cı ilə qədər ibtidai və orta məktəblərdə smartfonların qadağan edilməsi barədə qərar qəbul edib.
Elchi.az xəbər verir ki, İsveç hökuməti 2026-cı ilə qədər ibtidai və orta məktəblərdə smartfonların qadağan edilməsi barədə qərar qəbul edib. İsveçin Təhsil Naziri Simona Mohamsson İsveçin rəsmi radiosu SR-ə bildirib ki, onlar 2026-cı ildən başlayaraq ölkə daxilində ibtidai, orta və liseylərdə smartfonların istifadəsini qadağan etmək qərarına gəliblər.
Mohamsson qərarın 2026-cı ildə qüvvəyə minəcəyini və qadağanın fasilələrdə də tətbiq ediləcəyini bildirib.
Hökumətin təklifi həyata keçirmək üçün 10 milyon dollarlıq büdcə ayırdığına diqqət çəkən Mohamsson, “Tələbələr vaxt itirmək əvəzinə, dostları ilə vaxt keçirməyi və ya fasilələrdə futbol oynamağı öyrənməlidirlər” – deyib.
Nuranə Məmmədova





















