ABŞ-da istidən boğulan ayı sərinləmək üçün evin həyətindəki cakuziyə girib.
Elchi.az xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatı istilərlə mübarizə apararkən Burbank şəhərindəki bir evin bağına girən ayı sərinləmək üçün cakuziyə girib.
Qısa hamamdan sonra ayı divara dırmaşaraq ağaca tərəf yollanıb.
Polis Los-Ancelesdən təxminən 10 mil şimalda, Verduqo dağları yaxınlığındakı yaşayış evində baş verən insidentin videosunu yayıb.
Burbank Polis Departamenti ev sahiblərini ayılardan uzaq durmağa və heyvanların mülklərinə yaxınlaşmaması üçün bütün zibil və qidaları bağlı saxlamağa çağırıb.
Şayəstə Hüseynova