Türkiyə hakimiyyəti İstanbulda bir milyon yarım mənzilin sakinlərini zəlzələyə davamlı evlərə köçürməyi planlaşdırır, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə deyib. Elchi.az bu barədə TRT telekanalına istinadən xəbər verir.
Hakimiyyət bu cür addımları Türkiyədə gözlənilən yeni dağıdıcı zəlzələ ilə bağlı son proqnozlara görə planlaşdırıb. Proqnozlaşdırılan fəlakətdən qorunmaq üçün daha bir tədbir olaraq Ərdoğan layihələndirilən süni gəmiçilik kanalının hər iki tərəfində 500 min nəfərlik peyk şəhərin tikintisini həyata keçiriləcək.
Bundan əvvəl ölkənin aparıcı seysmoloqu Naci Gerur Türkiyənin dağıdıcı zəlzələlər dövrünə qədəm qoyduğunu açıqlayıb. Onun sözlərinə görə, İstanbul bölgəsində 7,0 və daha çox bal gücündə yeraltı təkanların baş vermə ehtimalı 60 faizi ötür və şəhər buna hazır deyil. Məsələn, İstanbuldakı 14 bəndin yarısı güclü zəlzələ zamanı risk altındadır. Digər tanınmış türkiyəli mütəxəssis Celal Şenger hesab edir ki, Türkiyənin ən böyük şəhərində güclü zəlzələ baş verərsə, dağıntılar 60-70 min binaya təsir edə bilər.
Havar Şəfiyeva