İstanbulda PKK/KCK əməliyyatı zamanı 11 nəfər saxlanılıb

46

İstanbulda terror təşkilatı PKK/KCK-ya qarşı əməliyyat keçirilib. Eyni zamanda keçirilən əməliyyatlar zamanı 11 şübhəli saxlanılıb.
Elchi.az xəbər verir ki, İstanbul Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsi qrupları, Kəşfiyyat Şöbəsinin əldə etdiyi məlumatlar əsasında terror təşkilatı PKK/KCK-nın fəaliyyətinin deşifrə edilməsi və qarşısının alınması üçün işlərə başlayıb.
Bu çərçivədə terror təşkilatına qarşı aparılan istintaqlar çərçivəsində daha əvvəl həbs edilən şübhəlilərdən ələ keçirilən rəqəmsal materialların araşdırılması zamanı təşkilat üzvləri ilə fotoşəkilləri çəkilən şübhəlilərin şəxsiyyətləri müəyyən edilib.
Şübhəlilərin ünvanlarında təşkil edilən eyni vaxtda əməliyyatlarda 11 nəfər yaxalanıb.
Şübhəlilərin istintaqı davam etdirilir.

Şayəstə