İstanbulda gecə klubunda yanğın: 27 nəfər öldü

İstanbulun Şişli rayonunda təmir işləri aparılan gecə klubunda yanğın baş verib. Elchi.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. Bildirilib ki, yanğın zamanı 7 nəfər ölüb, 9 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və təcili tibbi qruplar göndərilib. *** Ölənlərin sayı 8-ə, yaralıların sayı isə 15-ə çatıb. Yaralılardan 6-nın vəziyyəti ağırdır *** Ölənlərin sayı 11-a çatıb. Hadisə zamanı 12 nəfərin yaralandığı bildirilir. *** Gecə klubunda yanğın zamanı ölənlərin sayı 25 nəfərə çatıb. Bu barədə NTV məlumat yayıb. *** İstanbulda baş verən yanğın nəticəsində ölənlərin sayı 27-yə çatıb.