"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

İstanbulda Azərbaycan məktəbi yaradılacaq

23 Dekabr 2025 - 12:22
in CƏMİYYƏT
FacebookVatsap

İstanbulda ibtidai, orta məktəb və lisey səviyyələrində fəaliyyət göstərəcək Azərbaycan Respublikasının təhsil müəssisəsi yaradılacaq.

Bunu da oxuyun

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Elchi.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol”un təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Qeyd edilib ki, hazırkı Əlavə Protokol Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişin icrası məqsədilə hazırlanıb. Sözügedən Saziş iki dövlət arasında təhsil sahəsində əməkdaşlığın hüquqi əsaslarını müəyyən edir, təhsil müəssisələri arasında əlaqələrin inkişafını, təcrübə mübadiləsini və birgə təhsil təşəbbüslərinin həyata keçirilməsini nəzərdə tutur.

Əlavə Protokol Sazişin 19-cu maddəsinə uyğun olaraq bağlanıb və məktəb binalarının istifadəyə verilməsi, həmin binalarda təhsil fəaliyyətinin həyata keçirilməsi, eləcə də idarəetmə, maliyyə və təmir-bərpa ilə bağlı məsələləri tənzimləyir. Protokola əsasən, Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə qanunvericiliyinə uyğun olaraq ibtidai, orta məktəb və lisey səviyyələrində fəaliyyət göstərəcək Azərbaycan Respublikasının təhsil müəssisəsinin yaradılması, habelə Azərbaycan Respublikasında “Bakı Türk Təhsil Müəssisələri”nin fəaliyyəti üçün müvafiq binaların qarşılıqlı olaraq müddətsiz və əvəzsiz istifadəyə verilməsi nəzərdə tutulur. Bu zaman məktəb binalarının mülkiyyət hüququ istifadəyə verən tərəfdə saxlanılır.

Sənəddə Azərbaycan təhsil müəssisəsində təhsilin Azərbaycan Respublikasının dövlət təhsil proqramları və beynəlxalq təhsil proqramları əsasında həyata keçirilməsi, türk dili və türk fənlərinin tədrisi, müəllim heyətinin təmin edilməsi, əməkhaqqının ödənilməsi mexanizmləri, dərslik və tədris ləvazimatlarının gömrük prosedurları, habelə müəllimlər və onların ailə üzvləri üçün müvəqqəti yaşama icazələrinin verilməsi ilə bağlı müddəalar öz əksini tapıb.

Əlavə Protokolda məktəb binalarının yalnız təhsil məqsədləri üçün istifadə olunması, tədris fəaliyyətinin daimi dayandırılması hallarında istifadə hüququna xitam verilməsi qaydası, habelə binaların yararlı vəziyyətdə təhvil-təslim olunması prosedurları müəyyən edilib. Eyni zamanda, təmir, bərpa, yenidənqurma və əlavə tikinti işlərinin İstifadəyə verilmiş tərəfin məsuliyyətində olduğu, istifadə hüququna xitam verildikdə isə həmin tərəf tərəfindən sonradan inşa edilmiş obyektlərin və qurğuların əvəzi ödənilmədən binanı istifadəyə verən tərəfin mülkiyyətində qalacağı təsbit edilir.

Əlavə Protokol maliyyə məsələlərinin, o cümlədən vergi və rüsumların tutulmasının tərəflərin milli qanunvericiliyinə uyğun şəkildə tənzimlənməsini nəzərdə tutur.

Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Previous Post

Həştərxanın qubernatoru Prezident İlham Əliyevi təbrik edib

Next Post

MİQ müsabiqəsində iştirakın hansı hallarda ödənişli olacağı müəyyənləşir

Bənzər yazılar

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

12 Oktyabr 2026 - 21:58

Sabah Bakının Nizami rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq. Elchi.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə...

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05

Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş geyim tələblərinin icra vəziyyətinin öyrənilməsi...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

12 Oktyabr 2026 - 20:59

2026-2027-ci tədris ilində Prezident təqaüdünə layiq görülən tələbələrin universitetlər üzrə sayı məlum olub. Elchi.az "AzEdu.az"a istinadən xəbər verir ki, onlardan...

Next Post
MİQ müsabiqəsində iştirakın hansı hallarda ödənişli olacağı müəyyənləşir

MİQ müsabiqəsində iştirakın hansı hallarda ödənişli olacağı müəyyənləşir

FHN DYMX növbəti “açıq qapı günü” tədbiri keçirib – VİDEO

Bakıda uşaq bağçasında yanğın olub

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31
“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

12 Oktyabr 2026 - 22:54
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

12 Oktyabr 2026 - 22:53
Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

12 Oktyabr 2026 - 22:00
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

12 Oktyabr 2026 - 21:58
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

12 Oktyabr 2026 - 21:57
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

12 Oktyabr 2026 - 20:59
“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

12 Oktyabr 2026 - 20:44
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41
Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

12 Oktyabr 2026 - 20:39
Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

12 Oktyabr 2026 - 20:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.