İstanbulun İstiqlal prospektində baş verən terror aktı ilə bağlı aparılan istintaq çərçivəsində daha 1 nəfər həbs edilib.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
Bildirilib ki, həbs edilən şəxs terroru törətməkdə şübhəli bilinən Bilal Həsəninin qardaşıdır.
Qeyd edək ki, noyabrın 13-də İstanbulun Taksim meydanı yaxınlığında yerləşən İstiqlal prospektindəki terakt nəticəsində 6 nəfər həlak olub, 81-i isə yaralanıb.
Ermənistan KTMT-ni maliyyələşdirməyəcək
Ermənistan KTMT-ni maliyyələşdirməyəcək. Elchi.az xəbər verir ki, bu barədə Ermənistan XİN-dən "Factor"un sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, Ermənistan...