İsrailin xarici işlər naziri Eli Koen Kiyevə gəlib.
Elchi.az xəbər verir ki, bu barədə o, Tvitterdə məlumat verib.
Qeyd edək ki, bu, hərbi əməliyyatlar başlayandan bəri İsrail rəsmisinin Ukraynaya ilk səfəridir.
“Prezident Volodimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcəyəm, Kiyevdə İsrail səfirliyini yenidən açacağam, o, davamlı və tam fəaliyyətə qayıdacaq, Buça və Babi Yarı ziyarət edəcəyəm”, – Koen planlarını açıqlayıb.
O, əlavə edib ki, onun səfəri İsrailin Ukraynaya dəstəyini nümayiş etdirir.
Yeganə