Rum mətbuatı İsrailin Cənubi Kipr Rum Administrasiyasına (GCA) hava hücumundan müdafiə sistemi təhvil verdiyini iddia edib.
Elchi.az xəbər verir ki, Rum Administrasiyasının “Omega” televiziyası və “Cyprus News” internet saytında yer alan xəbərlərə görə, Cənubi Kipr Rum Administrasiyası (GKİ) tərəfindən İsraildən satın alınan Barak MX hava hücumundan müdafiə sistemi Limassol limanı vasitəsilə adaya gəlib.
Kipr Rum mətbuatı da sosial mediada yayımlanan videoya istinad edərək, İsraildən alınan Barak MX sistemlərinin Limassol vasitəsilə Cənubi Kipr Rum Administrasiyasının içərilərinə göndərildiyini iddia edib.
Videoda təhlükəsizlik tədbirləri altında Limassol limanından bir neçə uzun və enli hərbi maşının çıxdığı görünür.
Kipr Rum səlahiyyətliləri hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Keçən il rəsmilərə istinadən Rum mətbuatı İsrail istehsalı olan Barak MX sisteminin təhvilinin 2025-ci ilin ortalarında baş tutacağını və bunun Yunan Kipr Administrasiyasının hava hücumundan müdafiə imkanlarını əhəmiyyətli dərəcədə artıracağını bildirmişdi.
Şayəstə Hüseynova





















