İsrailin Dəməşqə atdığı raket İran səfirliyinin yaxınlığına düşüb

🗓 01.04.2024 19:25 ✍️ "Elçi" qəzeti
İsrailin Dəməşqə atdığı raket İran səfirliyinin yaxınlığına düşüb
İsrailin Müdafiə Ordusu Suriyanın paytaxtı Dəməşqə aviazərbələr endirib. Elchi.az  "Ria Novosti"yə istinadən xəbər verir ki, atılan raket İranın Dəməşqdəki səfirliyinin yaxınlığındakı evə düşüb. Nəticədə diplomatik missiyanın binasına ziyan dəyib. Ölən və ya yaralanan barəsində məlumat yoxdur.
Havar Şəfiyeva

Bənzər yazılar