Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşin açıqlamaları İsraili qəzəbləndirib. İsrail rəsmiləri Quterreşin istefasını tələb ediblər.
Elchi.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterres Qəzzada humanitar hüququn “açıq-aşkar pozulmasını” pisləyib və “dərhal humanitar atəşkəsə” çağırıb.
Baş katib İsraili HƏMAS-ın oktyabrın 7-də qanlı hücumunu qanuniləşdirməkdə ittiham edərək onu qəzəbləndirib.
“Mən Qəzzada müşahidə etdiyimiz beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasından dərin narahatam. Gəlin açıq deyək: silahlı münaqişənin heç bir tərəfi beynəlxalq humanitar hüquqdan üstün deyil”, – BMT-nin baş katibi deyib.
Quterreş əlavə edib ki, şənbə günü Misir üzərindən Qəzzaya çatmağa başlayan humanitar yardım, İsrailin bombaladığı bu bölgədə sadəcə “ehtiyac okeanında bir damla”dır.
“HƏMAS-ın dəhşətli və görünməmiş terror aktlarını” bir daha pisləyən Baş katib bu hücumların “heç bir kontekstdən kənarda baş vermədiyini” bildirib və bir daha iki dövlətli həll yolunu müdafiə edib.
Şayəstə Hüseynova