“Vaqner”lə bağlı situasiya Rusiyanın daxili işidir, bunun İsrailə aidiyyəti yoxdur.
Elchi.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“Söhbət Rusiyanın daxili işindən gedir. Biz yalnız hadisələrin inkişafını diqqətlə izləyirik”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə İsrail XİN vətəndaşlarının Rusiyaya səyahət etməməsini tövsiyə edib.
Xatırladaq ki, Belarus lideri Aleksandr Lukaşenkonun “Vaqner”in rəhbəri Yevgeni Priqojinlə apardığı danışıqlar nəticə verib. Priqojin hərbi çevriliş cəhdindən imtina edərək, geri, səhra düşərgəsinə qayıtmağı qərara alıb. Artıq vaqnerçilər ələ keçirdikləri ərazilərdən çıxıblar.
Priqojinə qarşı cinayət işinə xitam veriləcəyi və onun Belarusa gedəcəyi bildirilib. Belarusda Priqojinin nə edəcəyi bəlli deyil.
ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər
Küveytin xarici işlər naziri şeyx Cərrah Cabir əl-Əhməd əs-Sabah və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüş keçiriblər. Elchi.az Küveyt...





















Son şərhlər