İsrailin Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərindəki evlərə endirdiyi hava zərbələri nəticəsində ölən və yaralananların olduğu bildirilib.
Elchi.az xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-nın məlumatına görə, İsrail döyüş təyyarələri Rəfahın müxtəlif bölgələrində 4 evə hava zərbələri endirib.
Hücum zamanı ölən və yaralananlar olub.
İsrailin Rəfahın şərqindəki El-Cenine rayonunda bir evə endirdiyi hava zərbəsi nəticəsində İlin əl-Asamine adlı qız həyatını itirib.
Digər tərəfdən, İsrail qüvvələri Qəzzanın cənubundakı Xan Yunus şəhərindəki Əl-Emel xəstəxanasını torpaq maneələrlə bağlayaraq, tibb qruplarını və xəstələri tərk etməyə məcbur edib.
Nuranə Məmmədova