İsraildən Rusiyanın raket hücumuna reaksiya

117

İsrail Rusiyanın Umana raket hücumu ilə bağlı Ukraynaya dəstək verib.

Elchi.az xəbər verir ki, İsrailin Ukraynadakı səfiri Mixael Brodski bəyanatında Umanın bütün dünyada yəhudilər üçün dini və mədəni əhəmiyyətə malik xüsusi yer olduğunu qeyd edib.

“Biz günahsız ölümlərin ağrısını bölüşürük və Rusiyanın Uman bölgəsindəki yəhudilər üçün xüsusi dini və mədəni əhəmiyyətə malik olan mülki insanların ölümü ilə nəticələnən raket hücumundan sonra bu çətin saatda Ukrayna xalqının yanındayıq”, – səfir bildirib.

Qeyd edək ki, Rusiyanın Umanda yaşayış binasını vurması nəticəsində 23 dinc sakin həlak olub.