İsrailin xarici işlər naziri Qəzzaya hücumlara görə beynəlxalq təzyiqlərin artdığını bildirib. Həmkarlarının ictimaiyyətə demədən atəşkəs tələb etdiyini bildirən nazir medianın 7 oktyabr hücumları yerinə Qəzzada görüntüləri paylaşdığını bildirib.
Elchi.az xəbər verir ki, İsrailin xarici işlər naziri Eli Koen Qəzzada atəşkəs elan etmək üçün onlara qarşı siyasi təzyiqlərin ciddiləşdiyini bildirib.
Əksər qərb ölkələri, xüsusən də ABŞ “atəşkəs” sözünü işlətməkdən çəkinirlər. Lakin İsrailin xarici işlər naziri Koen bildirib ki, digər ölkələrdəki həmkarları ilə görüşlərində bu ölkələr də atəşkəs istəyiblər. “Mediada əks olunan görüntülər artıq 7 oktyabr hücumları ilə bağlı deyil, Qəzzada çəkilmiş videolardır.
7 oktyabr hücumlarının şokunun səngiməsi ilə Qəzzada humanitar vəziyyətin gündəmə gəldiyini bildirən nazir təzyiqlərin əhəmiyyətli dərəcədə artmasına təxminən 2 həftə qaldığını bildirib.
Nuranə Məmmədova