Ynet: İsrail hakimiyyəti Zelenskiyə bildirib ki, onun səfəri indi yersizdir.
Elchi.az xəbər verir ki, İsrail hökuməti Vladimir Zelenskinin ofisinə hazırda Ukrayna prezidentinin səfəri üçün uyğun vaxt olmadığını bildirib. Bu barədə İsrailin Ynet portalı məlumat yayıb.
Zelenski dünən Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda ABŞ dövlət katibi Antoni Blinkenlə birlikdə İsrailə səfər etmək arzusunu ifadə edib. Lakin bu vəziyyət İsrail tərəfinin xoşuna gəlməyib.
İsrail hakimiyyəti Ukrayna ilə əlaqə saxlayıb və onlara bildirib ki, Zelenskinin səfəri üçün “yanlış vaxt” seçib, Kiyev rejimi başçısının planlarının yersizliyinə açıq-aşkar eyham vurub.
Şayəstə Hüseynova