İDF: Tehran və Beyrutun infrastrukturuna genişmiqyaslı zərbələr endirilib.
Elchi.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İDF) sözçü ofisinin məlumatına görə, İsrail İran və Livanın paytaxtlarına genişmiqyaslı zərbələr endirib.
Bəyanatda bildirilir ki, zərbələr Tehran boyunca İran “terrorçu rejiminin” infrastrukturunu və Beyrutun şiə təşkilatı Hizbullahın “terrorçu infrastrukturunu” hədəf alır.
17 martda bildirilib ki, son iki həftə ərzində hərbi eskalasiya səbəbindən bir milyondan çox livanlı respublikanın cənub bölgələrini və Beyrutun ətrafını tərk edib.
Bir gün əvvəl İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, Livanın cənub sakinləri Şimali İsraildə təhlükəsizlik “təmin olunana” qədər evlərinə qayıtmayacaqlar.
Şayəstə





















