İsrail Müdafiə Qüvvələrinin sözçüsü bildirib ki, silahlıların İsrailin şimalına girdiyi iddiası təsdiqlənməyib. Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
Bundan əvvəl İsrail ordusunun mətbuat xidmətinin “Telegram” kanalında İsrailin şimalında yerləşən Qolan təpələri və Yuxarı Qaliley bölgəsində ölkənin hava sərhədlərinin pozulması ilə bağlı xəbər yayılıb. İsrail Müdafiə Qüvvələrinə məxsus təyyarələrin təcavüzkarın axtarışı üçün ərazidə patrul xidməti apardığı dəqiqləşdirilib.
Havar Şəfiyeva