Berlin gimnaziyasının şagirdi məktəbə gətirdiyi Fələstin bayrağı üstündə müəllimlə dava edib. Elchi.az xəbər verir ki, bu barədə Berlin polisi “X” sosial şəbəkəsində məlumat verib.
“Polis, 14 yaşlı başqa bir lisey şagirdinin Neukölln rayonundakı məktəb meydançasına Fələstin bayrağına bükülmüş halda gəldiyini bildirib. Müəllim ondan bayrağı götürməsini istəyəndə şagird imtina edib. On beş yaşlı şagird həmrəylik nümayiş etdirib və mübahisə baş verib”- deyə Berlin polisi yazıb.
Bundan əvvəl Almaniya kansleri Olaf Şolz bildirib ki, Almaniya İsrailin dövlət obyektlərinin, eləcə də yəhudi mədəniyyət və dini qurumlarının təhlükəsizliyini gücləndirəcək.
Havar Şəfiyeva