İşğalçı İsrail ordusu Qəzza zolağının ikinci böyük şəhəri olan Xan Yunisi “Magen Oz dəhlizi” ilə mühasirəyə aldığını açıqlayıb.
Elchi.az xəbər verir ki, ordu Qəzzanın cənubunda Xan Yunisin şərq və qərb hissələrini ayıran 15 kilometrlik dəhlizin tamamlandığını açıqlayıb.
İsrail ordusu quru və zirehli birləşmələri ilə açılan dəhlizin onun işğalı və hücumlarında “açar rol” oynayacağını iddia edib.
Ordunun yaydığı video və fotolardan görünür ki, “Magen Oz dəhlizi” Rəfah və Xan Yunis şəhərlərini ayıran Moraq dəhlizinə birləşir.
Yerli media Təl-Əviv hökumətinin atəşkəs danışıqlarının davam etdiyi bir vaxtda Qəzza zolağının bölünməsi planı çərçivəsində açdığı dəhlizdən təzyiq vasitəsi kimi istifadə etməyə cəhd etdiyini qiymətləndirib.
Şayəstə Hüseynova


















