Beynəlxalq Amnistiya Təşkilatının ABŞ-ın icraçı direktoru Paul O’Brien İsrailin Qəzzada ABŞ-ın silah-sursatından istifadə edərək hərbi cinayət törətdiyini bildirib.
Elchi.az xəbər verir ki, Amnesty İnternational-ın ABŞ bölməsinin icraçı direktoru Pol O’Brayen sosial media hesabında yazı paylaşıb.
Beynəlxalq Amnistiya Təşkilatının apardığı araşdırmalara görə İsrail ordusunun fələstinlilərə qarşı müharibə cinayətləri işlədiyini ifadə edən O’Brien, “Buna görə də ABŞ-ı müharibə cinayəti törədən silahların göndərilməsini dayandırmağa çağırırıq” deyib.
O’Brayen öz yazısında xarici yardım paketi ilə bağlı səsvermədə əleyhinə səs verən ABŞ Senatı və Nümayəndələr Palatasının üzvlərinə təşəkkür edib.
Şayəstə Hüseynova