İsrail ordusunun 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda 13 min 430 uşağı öldürdüyü öyrənilib.
Elchi.az xəbər verir ki ,Qəzza hökumətinin Media Ofisindən verilən açıqlamada, İsrailin 7 oktyabrdan bu yana Qəzzaya həyata keçirdiyi və 151-ci gününə çatan hücumlarla bağlı son məlumat paylaşılıb.
Bildirilib ki, İsrail ordusu oktyabrın 7-dən bu yana Qəzza zolağında “müdafiəsiz Fələstin xalqı, mülki əhali, uşaq və qadınlara” qarşı 2675 qırğın həyata keçirib.
Qəzza zolağında 151 gün ərzində həyata keçirilən hücumlarda 13 min 430 uşaq, 8 min 900 qadının öldürüldüyü qeyd edilib.
Nuranə Məmmədova