İsrail hökuməti Qəzza zolağının işğalında maraqlı deyil, o, yalnız Fələstinin HƏMAS hərbi hərəkatını tamamilə məhv etmək üçün əlindən gələni edir.
Elchi.az CNN-ə istinadən xəbər verir ki, bu sözləri İsrailin BMT- dəki səfiri Gilad Erdan deyib.
O, qeyd edib ki, İsrailin Qəzza zolağını işğal etmək, hətta orada qalmaq niyyəti yoxdur.
“Biz sağ qalmaq üçün mübarizə aparırıq və prezidentin özünün də təyin etdiyi kimi, yeganə yol HƏMAS-ı məhv etməkdir”, – deyən Erdan İsrail ordusunun HƏMAS-ı məhv etmək üçün əlindən gələni edəcək.
İsrail səfirinin şərhləri prezident Co Baydenin ölkəni xarici torpaqların işğalına qarşı xəbərdar edən bəyanatlarından sonra gəldi.
“The New York Times” yazır ki, yağışlar pilotsuz uçan aparat operatorlarının fəaliyyətini çətinləşdirə biləcəyi üçün İsrail Qəzza zolağının şimalındakı quru əməliyyatını əvvəllər buludlu hava şəraitinə görə təxirə salıb.
Nuranə Məmmədova