Qəzza zolağında hər hansı quru əməliyyatı qəbuledilməzdir, çünki onlar mülki əhalinin həyatını təhdid edir. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi bu barədə İsrailə xəbərdarlıq edib. Elchi.az bu barədə Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir.
Departament qeyd edib ki, İsrailin hərəkətləri ciddi nəticələrə səbəb olacaq.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Krallıq qardaş Fələstin xalqına qarşı beynəlxalq hüququn bu kobud və əsassız pozulmasının davam etməsi təhlükəsi, habelə onların dünyada və regionda sabitlik üçün ciddi nəticələri barədə xəbərdarlıq edir” .
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə dəstək verməklə atəşə yağ tökməyə son qoymağa çağırıb. O, həmçinin İsraili İordan çayının qərb sahilində məskunlaşma terrorunda ittiham edib. Qeyd edək ki, Doqquz ərəb ölkəsinin xarici işlər nazirləri Misir, İordaniya, BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı, Oman, Qətər, Küveyt və Mərakeş kimi regionda atəşkəs əldə etməyə çağırıblar.
Havar Şəfiyeva