İsrail öz vətəndaşlarına Ukraynaya səfər etməmək barədə xəbərdarlıq edib

85

İsrail hakimiyyəti öz vətəndaşlarına Ukraynada davam edən hərbi əməliyyatlar səbəbindən bu ölkəyə səfər etməməyi tövsiyə edir .
Elchi.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin bazar ertəsi yaydığı bəyanatda deyilir. Bu, xüsusilə sentyabr ayında qeyd olunan yəhudi Yeni ili münasibətilə Ukrayna ərazisində öz ziyarətgahlarını ziyarət etmək istəyən Hasidik zəvvarlar üçün doğrudur.
“Ukraynada müharibənin davam etməsi ilə əlaqədar olaraq Xarici İşlər Nazirliyi İsrail vətəndaşlarını bu dövlətin ərazisinə səfər etməkdən tamamilə çəkinməyə çağırmaqda davam edir. Ukraynada olan İsrail vətəndaşları dərhal onun ərazisini tərk etməlidirlər. Ukraynada təhlükəsizlik vəziyyəti hava hücumları və ya raket hücumları da daxil olmaqla real və daimi təhdiddir”, – nazirliyin bəyanatında deyilir.
Yedioth Ahronoth qəzetinin qeyd etdiyi kimi , İsrail Xarici İşlər Nazirliyi ayrı-ayrılıqda həmvətənlərinin diqqətini “Uman şəhərinə və onun ətrafına” səfərlərin arzuolunmazlığına yönəldir.
Ukraynanın Çerkas vilayətinin Uman şəhərində hər il on minlərlə mömin yəhudinin ziyarət etdiyi Bratslav Hasidizminin banisi, bratslavlı ravvin Naçmanın məzarı var. Bu ziyarət bu il sentyabrın 15-dən 17-dək qeyd olunacaq Roş-Ha-Şana bayramına – yəhudilərin Yeni ilinə həsr olunub.

Nuranə Məmmədova