Oktyabrın 7-dən blokadada olan Qəzza zolağına hava zərbələri endirən İsrail ordusu sərhədə yerləşdirilmiş qaubitsalarla bölgəni davamlı olaraq bombalayır.
Elchi.az xəbər verir ki, İsrail ordusunun Qəzzaya oktyabrın 7-də başlayan hava hücumları 6-cı gündə də davam edir.
Qəzzaya dənizdən də hücum edən İsrail ordusu, haubitsalarla bölgəyə hücumlarını davam etdirir. Qəzzada bir çox bölgədən tüstü qalxır.
İsrail ordusu da sərhəddə zirehli texnikanın sayını artırır.
Şayəstə Hüseynova