İsrail ordusu gecə saatlarından sakitliyin hökm sürdüyü mühasirədə olan Qəzza zolağında bəzi ərazilərə zərbələr endirib.
Bildirilib ki, Qəzza zolağının cənubundakı Xan Yunis bölgəsinin şərqindən partlayış səsləri eşidilib.
Elchi.az xəbər verir ki, İsrail ordusunun sosial media hesabından edilən açıqlamada, “Xan Yunis bölgəsindəki hücuma hazırlıq zamanı raket atış sahəsinin hədəf alındığı” irəli sürülüb.
Ötən gün İsrailin Qəzza zolağına endirdiyi aviazərbə nəticəsində 15 fələstinli ölüb, 22 nəfər yaralanıb. Hücumlarda həyatını itirənlər arasında İslami Cihad Hərəkatının hərbçilərindən 3 nəfərin olduğu açıqlanıb.
Bildirilib ki, gecə saatlarından etibarən bölgədə sakitlik hökm sürür.
Nuranə Məmmədova