İsrail ordusu Livanın cənubundan tank əleyhinə raketlər atmaq cəhdi səbəbilə üç Hizbullah üzvünün “hücrəsini” hədəfə aldığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Ordudan verilən açıqlamada, hərbi helikopterlərin İsrailə tank əleyhinə raketlər atmağa hazırlaşan 3 Hizbullah üzvünün olduğu “hücrəni” hədəf aldığı bildirilib.
Açıqlamada İsrail ordusunun Hizbullahın infrastrukturunu hədəf almağa davam etdiyi bildirilib, “Qüvvələrimiz Hizbullaha məxsus bir sıra infrastruktur obyektlərini, o cümlədən kəşfiyyat və xəbərdarlıq bölgələrini hədəfə alıb”. deyildi.
Oktyabrın 8-də İsrail ordusu ilə Livan sərhədində Hizbullah arasında başlayan qarşıdurmada 12 Hizbullah üzvü, 2 İslami Cihad üzvü və biri jurnalist olmaqla 3 mülki şəxs həyatını itirib.
Livanın həyata keçirdiyi hücumlarda iki İsrail əsgəri və bir İsrail vətəndaşı həyatını itirib.
Nuranə Məmmədova