Fələstinin İslamçı HƏMAS hərəkatının iki həftə əvvəl İsrailin cənubuna hücumu zamanı girov götürdüyü qruplar arasında 30-a yaxın uşaq da var.
Elchi.az xəbər verir ki, bu rəqəmi “The Jerusalem Post” (JP) qəzeti hərbi məlumatlara istinadən açıqlayıb.
İsrail Müdafiə Qüvvələrinin (IDF) məlumatına görə , girovların ümumi sayı hazırda ən azı 203 nəfərdir. Bundan əlavə, daha 100-ə yaxın insan hələ də itkin düşmüş hesab olunur.
Nuranə Məmmədova