Norveçin baş naziri Jonas Gahr Store danışıqlar üçün İsrailə səfər etmək niyyətində idi, lakin siyasi səbəblərə görə ölkəyə buraxılmadı.
Elchi.az xəbər verir ki, bu barədə “Dagens Naeringsliv” qəzeti yazıb.
Nəşrin məlumatına görə, imtina ötən ay alınıb. İsrail rəsmiləri bu səfəri yersiz və ya arzuolunmaz adlandırıblar.
“Dagens Naeringsliv”in yazdığı kimi, İsrail-Norveç münasibətlərində soyuqluq 2023-cü il oktyabrın 7-də Qəzza zolağından radikal Fələstin HƏMAS hərəkatının yaraqlılarının İsrail ərazisinə sızması nəticəsində Yaxın Şərqdə gərginliyin artmasından sonra yaranıb.
Nəşr mümkün səbəblər arasında Norveçin Netanyahunun krallığa gələcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarına dəstək verməsini, Oslonun Fələstinin müstəqilliyini tanımasını və Norveç Hökumətinin Pensiya Fondunun bir sıra İsrail şirkətlərindəki paylarından imtina etməsini qeyd edir.
Yeganə





















